Bakıda küçədə iki nəfərə qarşı silahlı hücum edilib. Bu haqda 27 avqust tarixində Report məlumat verib.
Xətai rayonu, M.Hadi küçəsi, 80 ünvanında avqustun 23-də Rafət Şahverənov və İmaməli Əzimzadə iki nəfərin hücumuna məruz qalaraq qarət olunublar. Belə ki, Pərviz Xəlilov tanışı Malik Əlizadə ilə birlikdə üzərində olan bıçağın arxası ilə hər iki zərərçəkənə müxtəlif xəsarətlər yetirib. Daha sonra Şahverənovu və Əzimzadəni döyərək əlindən iki ədəd mobil telefonlarını alıblar.
Faktla bağlı CM-nin “Quldurluq” və “Quldurluq silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə” maddələri cinayət işi başlanılıb. Pərviz Xəlilov və Malik Əlizadə şübhəli şəxs qismində saxlanılıblar.