Bakının Xəzər rayonu ərazisində 24 avqust tarixində inək 1,5 metr dərinliyi olan quyuya düşərək köməksiz vəziyyətdə qalıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Hadisə yerinə cəlb olunan FHN-in əməkdaşları heyvanı xilas edərək sahibinə təhvil veriblər.
Oxşar hadisə Sabunçu rayonu ərazisində 16 iyun tarixində baş verib. İki inək 3 metr dərinliyi olan quyuya düşərək köməksiz vəziyyətdə qalmışdır.