Paytaxtın Yasamal rayonu, Qurban Xəlilov küçəsində sürüşmə baş verib. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Saat 06:00 radələrində torpaq və qaya parçaları piyada səkisinə tökülüb. Hadisə yerinə Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) əməkdaşları cəlb olunaraq ərazi təmizlənib.
Bakuplus.az Report-a istinadən bildirir ki, Ekologiya Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev məsələ ilə bağlı ərazidə torpağın dayanıqlı olduğunu və orada sürüşmənin baş verməsinin mümkünsüzlüyünü vurğulayıb.
"Bizim əməkdaşlar həmin əraziyə cəlb olunub və hadisəni analiz ediblər. Evlərin birində həyətin həddən artıq sulanması nəticəsində yamacın başındakı daş parçası yola düşüb”, - deyə o, əlavə edib.
[caption id="attachment_66398" align="alignnone" width="800"]
Foto Apa.az saytı[/caption]