Paytaxtın Binəqədi rayonunda oğurluqlar edən şəxslər tutulublar. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
M.Ə.Rəsulzadə qəsəbəsində Bakı sakini T.Səmədov qəsəbə sakini Ə.Əlixanovun mobil telefonunu oğurlamaqda şübhəli bilinir.
Digər əməliyyat nəticəsində S.Ənvərlinin 850 AZN pulunu və qol saatını oğurlamaqda şübhəli bilinən Bakı sakini M.Əkbərov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.