Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 7 sentyabr tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində yolu keçən 25 yaşlı S.Mahmudovanı avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatları araşdırılır.