Paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində evdən oğurluq edən şəxslər tutulublar. Bu haqda bu gün, 24 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri Ş.Bayramov və P.Səlimov adıçəkilən qəsəbənin ərazisindəki evdən 2000 AZN dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırma aparılır.